Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tu-22-ni oğurlamaq üçün pilota bu qədər pul verilibmiş - YENİLƏNİB

Tu-22-ni oğurlamaq üçün pilota bu qədər pul verilibmiş - YENİLƏNİB

Tarix: 8 Iyul 2024 13:58

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Tu-22M3 strateji bombardmançı təyyarəsinin qaçırılması ilə bağlı Ukrayna xüsusi xidmət orqanlarının əməliyyatı barədə detalları açıqlayıb.

Axar.az xəbər verir ki, FSB yaydığı görüntülərdə rus pilota təyyarəni qaçırmaq üçün 3 milyon dollar vəd edildiyini bildirib.

FSB həmçinin pilotla əməliyyatçıların yazışmalarının görüntüsünü yayıb

-------

12:17

Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Rusiya Aerokosmik Qüvvələrinə məxsus Tu-22M3 bombardmançı təyyarəsinin xaricə qaçırılması əməliyyatı keçirmək cəhdinin qarşısını alıb.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə FSB məlumat yayıb.

Bildirilib ki, Ukrayna xüsusi xidmət orqanlarının məqsədi rus strateji təyyarəsini NATO ölkələrindən birinə qaçırmaq və onun hazırlanma texnologiyasını öyrənmək olub. Ukraynalılar buna görə pilotu ələ keçirməyə çalışıb, ona pul mükafatı və italiya vətəndaşlığı vəd edilib.

Qeyd edək ki, Tu22M3 Rusiyanın öyündüyü uzaqmənzilli strateji bombardmançısıdır.


Etiketlər:  oğurlamaq üçün pilota qədər verilibmiş YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ