Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanada müdafiəyə rekord məbləğdə pul xərcləyəcək

Kanada müdafiəyə rekord məbləğdə pul xərcləyəcək

Tarix: 10 Iyul 2024 07:38

Kanada növbəti iyirmi il ərzində müdafiəyə 73 milyard Kanada dolları (53,3 milyard dollar) xərcləmək niyyətindədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Castin Trüdo Vaşinqtonda NATO sammiti çərçivəsində çıxışı zamanı deyib.

"Bizim yeni müdafiə siyasəti baxışımız növbəti iyirmi il ərzində müdafiəyə 73 milyard Kanada dolları sərmayə qoyulmasını tələb edir. Bu, Kanadanın Şimali Atlantika Müqaviləsi Təşkilatına sarsılmaz sadiqliyini nümayiş etdirir", - deyə Trüdo bildirib.

Onun sözlərinə görə, bu vəsait digər məsələlərlə yanaşı, Kanadanın komandanlığı altında Latviyadakı çoxmillətli NATO batalyonunun döyüş hazırlığını saxlamaq və ukraynalı hərbçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Castin Trüdo əlavə edib ki, rəsmi Ottava 2015-ci ildə ÜDM-in 1%-dən azını təşkil edən müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırıb.


Milli.Az


Etiketlər:  Kanada müdafiəyə rekord məbləğdə xərcləyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ