Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransızlar seçkinin nəticəsindən narazıdır

Fransızlar seçkinin nəticəsindən narazıdır

Tarix: 11 Iyul 2024 00:54

Fransalıların əksəriyyəti Prezident Emmanuel Makronun Milli Assambleyanın (parlamentin aşağı palatası) buraxılması qərarını bəyənmir və növbədənkənar parlament seçkilərinin nəticələrindən narazıdır.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Elabe" sosial xidmətinin sorğusunun nəticələrindən bəlli olub.

Belə ki, min respondentin 71 %-i səsvermənin nəticəsini mənfi, 32 %-i isə son dərəcə mənfi qiymətləndirir. Analitiklərin 30 iyun seçkiləri ərəfəsində və ondan sonra mandatların əksəriyyətinə sahib olacağını proqnozlaşdırdıqları sağçı Milli Birlik partiyasının seçiciləri (94 %) seçkilərin nəticələrindən ən çox narazı olanlardır.

İkinci turun nəticələrinə görə, partiya mandatların sayına görə solçuların koalisiyasına və prezident blokuna uduzaraq yalnız üçüncü yeri tutub. Bununla belə, respondentlərin 48 %-i partiyanın növbəti seçkilərin nəticələrinə görə iqtidara gələ biləcəyinə inanır.


Etiketlər:  Fransızlar seçkinin nəticəsindən narazıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ