Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2024 15:08
"Formula-1" radiosunun şərhçisi Con Hantın 61 yaşlı həyat yoldaşı və iki qızı Hertfordşirdəki (İngiltərə) evində ölü tapılıblar.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, həmin gün kişi BBC radiostansiyasında işdə olub.
Polis qətlin araşdırılmasına və qızlardan birinin keçmiş sevgilisi olduğu güman edilən şübhəli Kayl Kliffordun axtarışına başlayıb.
Videogörüntülərdə Kliffordun gecə saatlarında arbaletlə küçə ilə getdiyi, daha sonra cinayətin törədildiyi evə aparan xiyabandan çıxdığı görünür.
Şübhəlinin artıq saxlanıldığı bildirilir.