Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2019 07:04
Bakı. Trend:
Türkiyənin Dənizli vilayətində 4,0 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 23:03-də Çardak rayonunda qeydə alınıb
Zəlzələnin episentri yeddi kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 5,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 473 binaya ziyan vurulub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin