Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FIFA-dan ''Qalatasaray''a şok cəza

FIFA-dan ''Qalatasaray''a şok cəza

Tarix: 12 Iyul 2024 00:00

"Qalatasaray" klubu ötən yay transfer dövründə Donetsk "Şaxtyor"undan heyətinə qatdığı Tete üçün Ukrayna klubunun açdığı iddianın yekunlaşması ilə bağlı açıqlama verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki,"Şaxtyor" Donetskin peşəkar futbolçumuza qarşı FIFA-ya etdiyi müraciət Mübahisələrin Həlli Şurası tərəfindən 11 iyul 2024-cü il tarixində qismən qəbul edilib. Qərara əsasən futbolçu Mateus Kardoso Lemos Martins və klubumuz 8 Avqust 2023-cü il tarixindən etibarən hesablanacaq illik beş faizlə birlikdə Ukrayna klubuna 2 389 776 avro ödəməlidir.

FIFA-nın qərarına uyğun olaraq, "Qalatasaray" Mateus Kardoso Lemos Martins ilə birlikdə göstərilən təzminat məbləğinə görə məsuliyyət daşıyır.

Bu qərardan apellyasiya şikayəti verilə bilər, odur ki proses hələ yekunlaşmayıb", - İstanbul komandasından bildirilib.


Etiketlər:  FIFA Qalatasaraya şok cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ