Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İbn Sina gözləri onunla qüvvətləndirirdi - RESEPT

İbn Sina gözləri onunla qüvvətləndirirdi - RESEPT

Tarix: 12 Iyul 2024 00:09

İbn Sina min il əvvəl göz sağlamlığını yaxşılaşdıran resept təqdim edib.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, tibb alimi gözlər üçün faydalı olan yerkökünün müalicəvi xüsusiyyətlərindən faydalanıb.

Bunun üçün 2 ədəd kökü uzununa kəsib sobada təxminən 5 dəqiqə bişirin. Daha sonra üzərinə bir qaşıq zeytun yağı əlavə edib yaxşıca əzin. Hazırladığınız məhsulu hər gün müntəzəm olaraq istehlak edin.

Yerkökünün faydaları:

• Tərkibindəki A vitamini gözdəki maye nisbətini tarazlaşdıra və makula degenerasiyasının görmə qabiliyyətini gücləndirə bilər.

• Katarakt riskini azaldır.

• Antiseptik xüsusiyyətləri sayəsində bədəndəki bütün tullantıların təmizlənməsinə kömək edir.

• Gözdəki damarları gücləndirir.


Etiketlər:  İbn Sina gözləri onunla qüvvətləndirirdi RESEPT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ