Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2024 19:00
ABŞ-ın Kolorado ştatında vəbaya yoluxma halı qeydə alınıb.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, rəsmi mənbələr Pueblo qraflığının sakinində vəba xəstəliyinin olduğunu təsdiqləyib.
İnfeksiyanın növü göstərilməyib. Onlar xəstəlik mənbəyini axtarırlar.
Yerli əhalidən ehtiyat tədbirləri görmələri xahiş olunub.
Qeyd edək ki, vəba xəstəliyinin simptomlarına qəfil hərarət və titrəmə, şiddətli baş ağrısı, əzələ ağrıları, ürəkbulanma, qusma və halsızlıq, həmçinin ağrı ilə müşayiət olunan limfa düyünlərinin şişməsi daxildir.