Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Endokrinoloq tez-tez qəlyanaltı etməyin zərərlərindən DANIŞDI

Endokrinoloq tez-tez qəlyanaltı etməyin zərərlərindən DANIŞDI

Tarix: 13 Iyul 2024 04:06

Tez-tez qəlyanaltı etmək piylənməyə və ciddi xəstəliklərə səbəb ola bilər.

Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bu barədə endokrinoloq Roman Teruşkin bildirib.

"Bir çoxumuzun əlinin altında çoxlu qəlyanaltı çeşidi olur: konfet, kraker, qurudulmuş meyvələr, peçenyelər və s. Ancaq bədən üçün hər qəlyanaltı tam yeməkdir və bir peçenye və ya yarım tort yeməyinizin fərqi yoxdur", - deyə endokrinoloq qeyd edib.

Həkimin sözlərinə görə, tərkibində karbohidrat olan istənilən qida qanda qlükoza səviyyəsini artırır.
"Uzun fasilələrlə, gündə 3-4 dəfə yeməklə, qlükoza bədəndə sorulmağa vaxt tapacaq. Ancaq bir insan daim qəlyanaltı edirsə, insulin reseptorlarının həssaslığının azalması riski var. Bu da piylənməyə və insulin müqavimətinə, hətta 2-ci tip diabetə səbəb ola bilər", - endokrinoloq vurğulayıb.


Etiketlər:  Endokrinoloq qəlyanaltı etməyin zərərlərindən DANIŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ