Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2024 14:58
"İran Avropa ölkələri ilə konstruktiv dialoqa ümid edir".
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin yeni Prezidenti Məsud Pezeşkian seçildikdən sonra dünyaya müraciətində bildirib.
"Çin və Rusiya çətin anlarda bizə ardıcıl dəstək veriblər və biz bu dostluğu dərindən qiymətləndiririk. Rusiya İranın dəyərli strateji müttəfiqi və qonşusudur və mənim administrasiyam əməkdaşlığımızı genişləndirməkdə və gücləndirməkdə davam edəcək", - dövlət başçısı Rusiya və Çin ilə münasibətlərdən də danışarkən qeyd edib.
O, müraciətində əlavə edib ki, İran hakimiyyəti Rusiya və Ukrayna arasında sülhü təmin etməyə çalışır. Pezeşkianın sözlərinə görə, o, Moskva ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığa, xüsusən BRİCS, Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi Birliyi vasitəsilə bundan sonra da üstünlük verəcək
Məsud Pezeşkian Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, İraq, Oman, Bəhreyn, Qətər, Küveyt və regional təşkilatlarla əməkdaşlığa hazır olduğunu bildirib.