Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bibiheybətdə sürüşmə nəticəsində yaranmış su problemi nə vaxt həll olunacaq? - “Azərsu”dan CAVAB

Bibiheybətdə sürüşmə nəticəsində yaranmış su problemi nə vaxt həll olunacaq? - “Azərsu”dan CAVAB

Tarix: 27 Noyabr 2019 11:12

Bakı. Samir Əli - Trend:

Noyabrın 24-də baş vermiş torpaq sürüşməsi nəticəsində Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilişinin dayandırılması Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində yaranmış qəza ilə əlaqədardır.

Bu barədə Trend-ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Cəbrayıllı bildirib.

Onun sözlərinə görə, qurumun mütəxəssisləri ərazidə qiymətləndirmələr aparıblar:

“Qərara alındı ki, xəttin qəzalı hissəsindəki siyirtməni bağlayıb qəza ərazisində suyun verilişi dayandırılsın. Amma Bibiheybət və Şıxov qəsəbələri yaşayış massivlərini süşürüşmə qeydə alınan günün axşamı su ilə təmin etdik. 20-ci sahənin əsas qidalandırıcı xətti sıradan çıxdığından alternativ olaraq şəhər istiqamətində (Bayraq meydanı tərəf) olan xəttin siyirtmələrini açdıq. Eyni zamanda layihəyə əsasən, Badamdar anbarından 20-ci sahəyə su verilməsi nəzərdə tutulmuşdu. Noyabrın 26-da həmin xətt şəbəkəyə qoşuldu. Səbail Sukanal İdarəsinin rəisinin bildirdiyinə görə, 20-ci sahənin kiçik hissəsi və “Jurnalist binaları” su almır. Bu gün həmin ərazilər də içməli su ilə təmin ediləcək. Demək olar ki, bu gün 20-ci sahənin su probleminin böyük hissəsi həllini tapıb”.

A.Cəbrayıllı əlavə edib ki, 500 mm diametrli magistral su xəttinin bərpa edilməsi və susuz qalan ərazilərin də su ilə təminatı istiqamətində işlər görülür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Bibiheybətdə sürüşmə nəticəsində yaranmış problemi vaxt həll olunacaq Azərsudan CAVAB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ