Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Real” bir gündə Mbappenin 7 min köynəyini satdı

“Real” bir gündə Mbappenin 7 min köynəyini satdı

Tarix: 13 Iyul 2024 22:36

"Real Madrid" klubu yeni hücumçusu Kilian Mbappenin formasını satmağa başlayıb.

Milli.Az valyuta.az-a istinadən xəbər verir ki, bu barədə "Madrid Xtra" "El Chiringuito"ya istinadla məlumat yayıb.

Məlumata görə, satışların ilk günündə Madrid klubu onlayn mağaza vasitəsilə 7 mindən çox oyunçu forması satıb və 800 min avro qazanıb.
 
Qeyd edək ki, iyulun 16-da Kilian Mbappenin təqdimetmə mərasimi keçiriləcək. Tədbir "Real Madrid"in ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda baş tutacaq.
 
Xatırladaq ki, iyunun 3-də Mbappe rəsmi olaraq "Real Madrid"in oyunçusu olub. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro olacağı və vurulan qollara görə bonus alacağı barədə məlumatlar yayılıb. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.

Milli.Az


Etiketlər:  Real gündə Mbappenin köynəyini satdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ