Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 07:34
Litvada istehsalatda ölümlə nəticələnən bədbəxt hadisələrin sayı artıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi məlumat yayıb.
İdarə bildirib ki, bu ilin əvvəlindən respublikada artıq 8 belə hadisə baş verib. Üstəlik, təkcə bu ilin may ayında üç fakt qeydə alınıb.
Bundan başqa, cari ilin 6 ayı ərzində işçilərin ağır xəsarət almasına səbəb olan 54 bədbəxt hadisə qeydə alınıb.