Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2024 10:40
"Huawei" şirkəti 2 yerdən qatlana biləcək dünyanın ilk smartfonunu buraxacaq.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, onun haqqında yeni məlumatlar yalnız gözləntiləri təsdiqləyir. Açılan zaman cihazın təxminən 10 düymlük ekranı olacaq. Bu da onu potensial planşet əvəzedicisi edir.
Ekran elə qatlanacaq ki, onun üçdə biri kənardan əlçatan qalsın. Ola bilsin ki, xarici displey kimi qatlandıqda istifadə olunsun.
Tanınmış insayderlər iddia edir ki, "Huawei"nin yaxın gələcəkdə bu seqmentdə rəqibləri olmayacaq. Belə bir cihazın yaradılması son dərəcə incə detallar tələb edir və "Huawei" artıq qatlanan qurğular arasında bu sahədə öz nailiyyətlərini nümayiş etdirib.