Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyul 2024 21:04
Ermənistan Baş Prokurorluğunun binasında vətəndaş özünü yandırmağa cəhd edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Ev dustağı olan şəxs prokurorla görüşmək istəyib, lakin buna icazə verilməyib.
"Polis qeyri-iş günündə belə bir görüşün mümkün olmadığını izah edib və onu ifadə verməyə çağırıb, lakin vətəndaş polisin sözlərinə məhəl qoymayıb və özünü yandırmaq üçün üzərinə benzin töküb. Yanğının qarşısı alınıb", - deyə prokurorluğun məlumatında deyilir.