Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı? – Xalqın cavabı

Tarix: 15 Iyul 2024 22:38

Ukraynalıların təxminən 44%-i Rusiya ilə sülh danışıqlarına hazırdır, 35%-i isə əleyhinədir.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu, Zn.ua nəşrinin sifarişi ilə Razumkov Mərkəzinin iyunun sonunda Ukraynada keçirdiyi sorğudan sonra ortaya çıxan nəticədir.

Nəticələr regionlar üzrə dəyişir. Məsələn, Ukraynanın mərkəzində 49%, qərbində 35%, cənubunda isə 60% respondent danışıqlar tərəfdarıdır.

Buna baxmayaraq, ukraynalılar Rusiya lideri Putinin irəli sürdüyü şərtləri qəbul etmir. Rəyi soruşulanların 83%-i Rusiyanın tələb etdiyi 4 regionu (Donetsk, Luqansk, Xerson, Zaporojye) verməyin mümkünsüz olduğunu bildirib.

Ukraynalıların yarısı (51%) 1991-ci il sərhədləri daxilində Ukraynanın rus qoşunlarından azad edilməsində israrlıdır, 26%-i 2022-ci ilin əvvəlində demarkasiya xəttində müharibəni dayandırmağa razıdır, yalnız 9%-i hazırkı sərhədi tanımağa meyillidir.

Respondentlərin 66%-i hesab edir ki, Rusiya döyüş meydanında məğlub ola bilər, 82%-in fikrincə, Qərb Ukraynanı kifayət qədər silahla təmin edərsə, qələbə mümkündür.

Maraqlıdır ki, ukraynalıların 46%-i hərbi xidmətdən yayınmaqda utancverici heç nə olmadığını deyib, yalnız 29% bunun ayıb olduğunu bildirib.


Etiketlər:  Ukraynalılar Rusiya ilə danışıqlara hazırdırmı Xalqın cavabı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ