Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı - VİDEO

Azərin “bozqurd” işarəsi göstərdi, Ərdoğan alqışladı - VİDEO

Tarix: 16 Iyul 2024 10:45

Xalq artisti Azərin Türkiyədə keçirilən 15 İyul - Demokratiya və Milli Birlik Gününə həsr olunmuş anım tədbirində səhnəyə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sənətçi Prezident iqamətgahında keçirilən tədbirdə "Çırpınırdı Qara dəniz" mahnısını oxuduqdan sonra milli futbolçu Merih Dəmiralın Avropa çempionatında cəzalandırılmasına səbəb olan "bozqurd" işarəsini göstərib.

Tədbirdə iştirak edən Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Azərini alqışlayıblar.

Həmin görüntüləri təqdim edirik:

Milli.Az


Etiketlər:  Azərin bozqurd işarəsi göstərdi Ərdoğan alqışladı VİDEO


RƏYLƏR