Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2024 08:56
İyulun 13-14-də Konqo Demokratik Respublikasının qərbində "Mobondo" yaraqlı qruplaşmasının ordu düşərgəsinə hücumu həlak olanların sayı 72-yə yüksəlib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər verir.
Hücum nəticəsində ölənlərdən 9-u hərbçidir.
Belə ki, yak xalqından olan Mobondo silahlıları Mai-Ndombe əyalətinin Kvamut bölgəsində kəndlərdən birini mühafizə edən hərbi mövqelərə hücum edib. Ordu düşərgəsinə hücum yak və teke xalqları arasında icmalararası münaqişənin bir hissəsi olaraq baş verib.