Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yıldırım Yanılmaz vəfat etdi - FOTO

Yıldırım Yanılmaz vəfat etdi - FOTO

Tarix: 17 Iyul 2024 11:16

Türkiyənin məşhur rejissoru Yıldırım Yanılmaz vəfat edib.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, o 78 yaşında qocalar evində dünyasını dəyişib. Rejissor Karesi bələdiyyəsində aid qocalar evində qalırmış.

Onun vəfatı ilə bağlı xəbəri dostu Ferdinand Haralanbidu yayıb."Teatr və kino aktyoru, rejissor, prodüser, gözəl insan Yıldırım Yanılmaz Balıkesirdəki qocalar evində vəfat edib. Bu kədərli xəbəri bir az əvvəl oradakı rəsmilər mənə zəng edərək dedilər. Qəmim sonsuzdur... yaxşı ki, bir həftə əvvəl onu ziyarət etmişdim. Onunla son görüşümüz oldu. Allahdan ona mərhəmət diləyirəm. Yeri Cənnət olsun. Nur içində yatsın. Allah sevənlərinə, dostlarına səbr versin... Səni unutmayacağam".Xatırladaq ki, Yıldırım Yanılmaz yanvarən 18-də 1946-cı ildə Zonguldakda doğulub.

Karyerasına 1969-cu ildə "Bir Türk'e Gönül Verdim" filmi ilə başlayıb.

Bundan başqa "Ölüm Oyunu", "Aptallık Rekoru" kimi ekran işlərinin də rejissorluğunu edib. 

Milli.Az


Etiketlər:  Yıldırım Yanılmaz vəfat etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ