Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünya Qadın Seriyası: ''Baku Flames''in qrupdakı rəqibləri müəyyənləşdi

Dünya Qadın Seriyası: ''Baku Flames''in qrupdakı  rəqibləri müəyyənləşdi

Tarix: 17 Iyul 2024 11:40

Azərbaycanı 3x3 basketbol üzrə Dünya Qadın Seriyasında təmsil edəcək "Baku Flames"in Quba mərhələsindəki rəqibləri müəyyənləşib.

Milli.Az Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə 8 komanda 2 qrupda mübarizə aparacaq.

Təmsilçimiz A qrupunda Avstraliya, Niderland və Çinin U-24 komandası ilə yarışacaq. B qrupunda isə Çexiya, Filippin, İran yığmaları və "Düsseldorf Zoos" klubu yer alıb.

Qeyd edək ki, oyunlar iyulun 20-21-də keçiriləcək. Quba mərhələsinin açılış oyunu "Baku Flames" klubu ilə Niderland arasında baş tutacaq.

Milli.Az


Etiketlər:  Dünya Qadın Seriyası Baku Flamesin qrupdakı rəqibləri müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ