Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2024 11:21
Son illərdə populyarlaşan keratin saçlara fayda yox, zərər verir.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, keratin saçları düzləşdirib parlaq görünməsinə kömək etsə də, onların zədələnməsinə yol açır. Bu səbəbdən saçlara keratin tətbiq etdikdə
yüksək temperaturlu prosedurdan uzaq durmaq lazımdır.
Düzləşdirici keratin saçların qırılmasına səbəb olur. Saçın düz qalması üçün saç ütüsü ilə ütülənməsi də saçın təbiiliyini pozur.
Bəzi keratin məhsullarının tərkibində olan formaldehid isə zəhərli maddədir. O həm dəridə, həm də böyrəklərdə ciddi problemlər yarada bilər.
Əslində keratin təbii formada saçlarımızda mövcuddur. Yanlız saçımızda deyil, dişlərimizdə, dırnaqlarımızda da bu maddəyə rast gəlirik.
Saçlara kimyəvi prosedurlar tətbiq etdikcə onların yanmasına da səbəb oluruq. Belə saçlar da baxımsız görünür. Həmçinin keratin saç tökülməsinə də səbəb olur.