Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Trampı dinləmədi, müharibə başladı - Qrenell

Almaniya Trampı dinləmədi, müharibə başladı - Qrenell

Tarix: 20 Iyul 2024 13:26

Əgər Donald Tramp prezident seçkilərində qalib gəlsə, Avropa Ukraynaya kömək üçün daha çox pul ödəyəcək.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Almaniyadakı keçmiş səfiri, siyasətçinin yaxın müttəfiqi Riçard Qrenell "Bild"ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniya hakimiyyəti Trampın siyasətinə dəhşətli dərəcədə yanlış münasibət göstərib:

"Şimal axını-2 Ukrayna müharibəsinin səbəblərindən biri oldu. Almaniya hakimiyyəti Donald Trampı dinləmədi. Mən buna görə üzrxahlıq istəyərdim".

Qrennel Co Baydeni Putinlə danışıqlar aparmadığına görə tənqid edib:

"Avropada Rusiyanın işğalçı hücumuna görə müharibə gedir və Co Bayden Putinlə danışmadı. Düşünürəm ki, insanlarla danışmaq bir taktikadır. Bu, məqsəd deyil, həll yolu deyil, amma bizi oraya çatdırır".


Etiketlər:  Almaniya Trampı dinləmədi müharibə başladı Qrenell


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ