Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son sutkada Ukraynada baş verən toqquşmaların sayı...

Son sutkada Ukraynada baş verən toqquşmaların sayı...

Tarix: 21 Iyul 2024 06:54

Ötən gün cəbhə xəttində Rusiya və Ukrayna ordusu arasında 126 hərbi toqquşma baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Belə ki, Xarkov istiqamətində ruslar Ukrayna bölmələrinin Volçansk və Qlubokoe bölgələrindəki mövqelərinə 5 dəfə basqın ediblər. Onlar uğur qazana bilmədilər.

Düşmən 11 dəfə Kupyansk istiqamətində Ukrayna mövqelərinə hücum edib. Məlumata görə, Qluşkovka, Stelmaxovka və Pesçanı ərazilərində 7 toqquşma davam edir.

Liman, Nevskoye, Makeyevka və digər istiqamətlərdə də hərbi toqquşmalar yaşanıb.

Milli.Az


Etiketlər:  sutkada Ukraynada baş verən toqquşmaların sayı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ