Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2024 07:18
İsrail Hərbi Hava Qüvvələrinin Yəmənin Hudeyda limanına hücumu regionda gərginliyi əhəmiyyətli dərəcədə artırır.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyinin xüsusi bəyanatında deyilir.
Qeyd olunub ki, Yaxın Şərqin xaosa doğru irəliləmə ehtimalının qarşısı alınmalıdır.
Bəyanatda deyilib ki, Misir Xarici İşlər Nazirliyi vəziyyəti böyük narahatlıqla izləyir, bütün tərəflərin təmkinli davranmalı olduğuna inanır və regionun xaosa sürüklənməsi ehtimalının qarşısını almağa çağırıb.