Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belqorod atəşə tutuldu - 9 nəfər yaralandı

Belqorod atəşə tutuldu - 9 nəfər yaralandı

Tarix: 21 Iyul 2024 11:46

Rusiyanın Belqorod vilayətinin Şebekino kəndinin atəşə tutulması nəticəsində doqquz nəfər yaralanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.

"Şebekinoda vəziyyət kəskin ağır olaraq qalır. Son sutkada 9 nəfər zərər çəkib. Bir qadın ağır vəziyyətdə reanimasiyadadır", - vilayətin rəhbəri qeyd edib.

Qladkovun sözlərinə görə, Şebekinoda səkkiz çoxmənzilli evə, 18 fərdi evə, 15 avtomobilə ziyan dəyib.

"Evlərdən biri tamamilə məhv olub, iki avtomobil yanıb", - qubernator vurğulayıb.

Xatırladaq ki, ötən gün Qladkov Şebekinodakı sənaye müəssisəsinin ərazisinə mərmi düşdüyünü bildirmişdi.


Etiketlər:  Belqorod atəşə tutuldu nəfər yaralandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ