Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Berlində futbol oyunundan öncə terror aktının qarşısı alındı

Berlində futbol oyunundan öncə terror aktının qarşısı alındı

Tarix: 21 Iyul 2024 18:50

Almaniya polisi AVRO-2024 çərçivəsində İspaniya və İngiltərə yığmaları arasında keçirilən oyundan bir neçə saat əvvəl Berlində Braytşaydplats meydanında terror aktının qarşısını alıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

Hədəf Braytşaydplats meydanındakı İnjiltərə millisinin tərəfdarları olub. Alman polisinin reyd zamanı 3 şübhəlini saxlaması nəticəsində terror aktının qarşısı alınıb.

Şübhəlilər öncədən polisin müşahidəsi altında olub. Şübhəlilərin mobil telefonlarında ərazidə yerləşən Braytşaydplats meydanı və kilsənin fotoları aşkarlanıb.


Etiketlər:  Berlində futbol oyunundan öncə terror aktının qarşısı alındı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ