Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistan XİN: Banqladeşdə etirazlar səbəbindən minlərlə tələbə təxliyə edilib

Hindistan XİN: Banqladeşdə etirazlar səbəbindən minlərlə tələbə təxliyə edilib

Tarix: 22 Iyul 2024 07:08

Banqladeşdə etirazlar səbəbindən minlərlə hindistanlı tələbə təxliyə edilib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Banqladeşdən təkcə hindistanlılar deyil, qonşu ölkələrin: Nepal, Maldiv adaları və Butan vətəndaşları da təxliyə olunub.

"Nepaldan 500, Butandan 38 və Maldiv adalarından bir tələbə Hindistana gəlib", - məlumatda deyilir.

Xatırladaq ki, Banqladeşdə tələbələrin məşğulluq kvota sisteminə qarşı etirazlarından sonra başlayan iğtişaşlarda ölənlərin sayı 151 nəfərə çatıb.

"Bloomberg" daha əvvəl bildirib ki, Banqladeş hökuməti artan tələbə iğtişaşları fonunda bütün ölkədə internetə çıxışı kəsib.


Etiketlər:  Hindistan XİN Banqladeşdə etirazlar səbəbindən minlərlə tələbə təxliyə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ