Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Iyul 2024 07:14
Rusiyanın Kemerovo vilayətindəki "Magistral" sanatoriyasında 35 uşaq zəhərlənmə əlamətləri ilə həkimə müraciət edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, "Rospotrebnadzor" kəskin bağırsaq infeksiyasının qeydə alınması ilə bağlı sanitar-epidemioloji araşdırmaya başlayıb.
İlkin məlumatlara görə, buna səbəb norovirus infeksiyası olub.
"Uşaqlar lazımi müalicə alır və həkim nəzarətindədirlər", - məlumatda bildirilir.
Bundan əvvəl Rusiya İstintaq Komitəsinin Kemerovo vilayəti üzrə idarəsi cinayət işi başladıb.