Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gənc blogerin yanmış meyiti tapıldı

Gənc blogerin yanmış meyiti tapıldı

Tarix: 22 Iyul 2024 08:26

Argentinanın Kordoba şəhərində ggənc bloger xanımın avtomobildə yanmış tapılıb.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, 21 yaşlı sosial media fenomeni Katalina Qutiyerrezin cəsədi anasının avtomobilində yanmış halda tapılıb. Gənc qız hadisədən öncə dostları ilə boulinq oynamağa gedib.

Daha sonra isə ondan xəbər almaq mümkün olmayıb.

Hadisəni törətməkdə təqsirləndirilən gənc qızın sinif yoldaşı Nestor Soto saxlanılıb. O, polisə verdiyi ilkin ifadəsində cinayəti etiraf edib.

Meyitə baxış zamanı Qutiyerrezin boğularaq öldürüldüyü məlum olub. Daha sonra isə meyit yandırılıb.

Milli.Az


Etiketlər:  Gənc blogerin yanmış meyiti tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ