Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

iPhone istifadəçilərinin nəzərinə - Bu tətbiqi dərhal silin!

iPhone istifadəçilərinin nəzərinə - Bu tətbiqi dərhal silin!

Tarix: 22 Iyul 2024 22:00

"Apple App Store"da şəkillərlə işləmək üçün nəzərdə tutulmuş proqram adı ilə seriallara baxmaq üçün pirat proqram uğurla yoxlama sədlərini keçə bilib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, "Collect Cards: Store box" tətbiqi foto və video məzmunu idarə etmək üçün sadə interfeysə malik olub, lakin quraşdırıldıqdan sonra o, "Netflix", "Disney+", "Amazon Prime Video", "HBO Max" və "Apple TV+" kimi məşhur striminq xidmətlərindən qeyri-qanuni materiallar təklif edən platformaya çevrilib.

Bu hiyləgər manevrin uğur qazanmasının səbəbi istifadəçilərin coğrafi mövqeyini müəyyən etmək olub. ABŞ və bəzi digər bölgələrdə tətbiq fotoşəkillərlə işləmək üçün yalnız zərərsiz funksionallıq nümayiş etdirib və bununla da "App Store" moderatorlarının diqqətindən yayınıb. Eyni zamanda, Braziliya və digər ölkələrin sakinləri pirat məzmuna çıxış əldə ediblər ki, bu da proqrama hətta Braziliya "App Store"da pulsuz proqramlar reytinqində birinci olmağa imkan verib.

Buna baxmayaraq, "Apple" proqramı "App Store"dən silib. "App Store"un 500-dən çox mütəxəssisdən ibarət moderator komandası hər həftə 100 mindən çox proqramı nəzərdən keçirir, lakin yenə də avtomatlaşdırılmış sistemlərdən asılılıq bu işdə olduğu kimi bu cür proqramların yoxlamadan keçməsinə imkan verir.


Etiketlər:  iPhone istifadəçilərinin nəzərinə tətbiqi dərhal silin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ