Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya lazer silahını döyüş maşınında sınadı

Britaniya lazer silahını döyüş maşınında sınadı

Tarix: 22 Iyul 2024 22:48

Böyük Britaniyada ilk dəfə olaraq döyüş maşınına quraşdırılmış lazer silahı sınaqdan keçirilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, silah 1 km-dən çox məsafədə olan hədəfləri zərərsizləşdirə bilib.

Sınaqların növbəti mərhələsi bu ilin sonunda keçiriləcək.

Bundan əvvəl Britaniya ordusunun "DragonFire" uzaqmənzilli lazer silahını sınaqdan keçirdiyi barədə məlumat verilmişdi. Kompleks Şotlandiya yaxınlığındakı Hebrid adalarında bir neçə hava hədəfini vurub.


Etiketlər:  Britaniya lazer silahını döyüş maşınında sınadı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ