Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2024 08:56
Böyük Britaniya ordusu ölkənin silahlı qüvvələrinin inkişafına mane olan bir sıra ciddi problemlərlə üzləşib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Con Hili deyib.
"Biz bilirik ki, silahlı qüvvələrin hər üç qolu çox ciddi problemlərlə üzləşir", - nazir vurğulayıb.
Britaniya ordusundakı ən böyük problemlər arasında nazir satınalmaların düzgün idarə edilməməsi, şəxsi heyətin aşağı əhval-ruhiyyəsi və hərbi personalın işə götürülməsi və saxlanmasında böhranın olmasını sadalayıb.
Onun sözlərinə görə, gələn ilin birinci yarısında təqdim olunacaq Böyük Britaniyanın Təhlükəsizlik, Müdafiə və Xarici Siyasətinin İnteqrasiya İcmalı onların həllinə yanaşmalar tapmağa kömək edəcək.