Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Onu “axmaq və qəddar” adlandırdı

Onu “axmaq və qəddar” adlandırdı

Tarix: 23 Iyul 2024 12:16

Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə potensial rəqibi Kamala Harrisi "axmaq və qəddar" adlandırıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp bu barədə "New York Post"a açıqlamasında danışıb. 

"Kamala Harrisi iki sözlə təsvir etmək olar: qəddar və axmaq. Bu, pis kombinasiyadır", - deyə sabiq prezident qeyd edib. 

ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisin seçki qərargahının nümayəndəsi Ammar Musa isə öz növbəsində Trampın bu açıqlamasına münasibət bildirib: 

"Vitse-prezident bütün karyerası boyu cinayətkarları məsuliyyətə cəlb edib və Donald Tramp da istisna olmayacaq".

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Respublikaçılar partiyası Donald Trampın namizədliyini rəsmi olaraq təsdiq edib. Demokratlar partiyasının namizədi isə avqustda keçiriləcək qurultayda elan ediləcək. "Associated Press" agentliyinin məlumatına görə, Harris rəsmi olaraq namizəd olmaq üçün Demokratlar partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb.

Milli.Az


Etiketlər:  axmaq qəddar adlandırdı


RƏYLƏR