Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Iyul 2024 09:40
Korrupsiyada təqsirli bilinən Nyu-Cersi ştatından olan ABŞ senatoru Robert Menendes avqustun 20-də istefa verəcək.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "New Jersey Globe" portalı mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, senator istefa ərizəsini iyulun 23-də təqdim edəcəyi gözlənilir. Menendes daha əvvəl ABŞ Konqresindəki 30 illik karyerasını bitirmək niyyətində olduğuna dair xəbərləri təkzib etmişdi.