Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2024 07:39
Xroniki anksiyete demensiya riskini 3,2 dəfə artırır.
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, bunu Nyukasl Universitetinin (Böyük Britaniya) alimləri üzə çıxarıblar.
Onların sözlərinə görə, yeni başlayan anksiyete isə demensiyanın inkişaf riskini 2,8 dəfə artırır.
Tədqiqatın nəticələri "Journal of the American Geriatrics Society" jurnalında dərc olunub.
Tədqiqatda 55-85 yaş arası 2 132 sağlam insan iştirak edib. Alimlər subyektlərin psixi sağlamlığı haqqında məlumat toplayıb və onların hər birində narahatlıq səviyyəsini qiymətləndiriblər.
Bundan sonra onlar könüllülərin monitorinqinə başlayıblar: vaxtaşırı onlarda aksiyetenin şiddəti və müddəti haqqında məlumatlar yenilənib.
Nəticələr göstərib ki, xroniki və yeni başlayan aksiyetesi olan iştirakçılarda demensiyanın inkişaf riski müvafiq olaraq 2,8 və 3,2 dəfə artır.
Anksiyete yaşı 70-dən az olan insanların beyin sağlamlığına daha dağıdıcı təsir göstərib.
Alimlər, həmçinin emosional tarazlıq əldə olunarsa, diqqət və yaddaşın pisləşmə ehtimalının azaldığını vurğualyıblar.