Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Maskın layihəsindən uğur: Beyinə yerləşdirilən çipin...

İlon Maskın layihəsindən uğur: Beyinə yerləşdirilən  çipin...

Tarix: 25 Iyul 2024 13:18

Beynində ABŞ-nin "Neuralink" şirkətinin çipi olan ilk xəstə Nolan Arbo bildirib ki, düşüncəni idarə etməyə imkan verən implantın effektivliyi yüksəlir.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, o bu barədə "RIA Novosti"yə açıqlamasında deyib.

Hazırda elektrodların cəmi 15%-i işləsə də, Nolan Arbo təcrübənin daha çox iş görə biləcəyini qeyd edir.

O ümid edir ki, gələcəkdə elektrodların 90-100%-ni işə salmaq mümkün olacaq.

Xatırladaq ki, 30 yaşlı Arbo, təxminən səkkiz il əvvəl suya tullanan zaman başından zərbə alaraq çiyinlərindən aşağı iflic olmuşdu. 2024-cü ilin yanvar ayının sonunda ona "Neuralink" cihazı implantasiya edilib. Bu onun orqanizmindən beyinə gedən sap kimi elektrodları olan qəbuledici kapsuldur.

Qeyd edək ki, İlon Maksın sahibi olduğu "Neuralink" şirkəti ilk dəfə insan beyninə çip yerləşdirilməsini həyata keçirib. Bu, İlon Maskın əsl beyin-kompüter interfeysi yaratmaq üçün iddialı layihəsində ilk addımdır.


Etiketlər:  İlon Maskın layihəsindən uğur Beyinə yerləşdirilən çipin


RƏYLƏR