Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcək

Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı edəcək

Tarix: 28 Iyul 2024 08:50

ABŞ-ın sabiq prezidenti və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp ABŞ-ı planetin kriptovalyuta paytaxtı və dünyanın "Bitcoin" supergücü etmək planlarını açıqlayıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Tramp Naşvilldə keçirilən "Bitcoin" konfransında kriptovalyutalarla bağlı siyasətini də açıqlayıb.

ABŞ kriptovalyuta və "Bitcoin" texnologiyasını mənimsəməsə, bunu Çinin mənimsəyəcəyini bildirən Tramp Çinin bu məsələdə hakim olmasına icazə verə bilməyəcəklərini və Çinin bu sahədə uğurlu olmasını istəmədiklərini bildirib.

Tramp, "Mən istəyirəm ki, ABŞ texnologiya, elm, istehsalat, süni intellekt və kosmosda birinci olsun", - deyib.

Tramp deyib ki, əgər kriptovalyuta gələcəyi müəyyənləşdirəcəksə, o onun ABŞ-da istehsal edilməsini, emal olunmasını istəyir.


Etiketlər:  Tramp ABŞ planetin kriptovalyuta paytaxtı edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ