Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2024 11:06
Koronavirus epidemiyasından tamamilə sağaldığımızı düşünsək də yeni epidemiya təhlükəsi ilə bağlı həyəcan təbili çalmağa başlayıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, koronavirusun yeni variantı olan FLiRT-ə yoluxma hallarında kəskin artım müşahidə olunur.
ABŞ və Avropanın bəzi yerlərində FLiRT variantlarının sürətlə yayılması narahatlıq doğurub.
May ayından etibarən dünyanın bir çox yerində artan FLiRT variantları ilə bağlı müraciət edən xəstələrin ən çox diqqət çəkən şikayətləri uzun müddətli öskürək və qızdırmadır.
ABŞ-dakı Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatlarına görə, bu yay koronavirus şikayətləri ilə xəstəxanalara müraciət edənlərin əksəriyyətində FLiRT variantı aşkarlanıb.