Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu tarixdə sülh planı hazırlanacaq - Zelenski

Bu tarixdə sülh planı hazırlanacaq - Zelenski

Tarix: 28 Iyul 2024 21:34

Noyabrın sonuna qədər Ukrayna sülhə nail olmaq üçün fəaliyyət planı hazırlayacaq.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Kiyev ərazi bütövlüyü məsələlərində müvafiq ölkələrlə ətraflı müzakirələrə başlayacaq.

Zelenski Rusiyanın Ukrayna ərazilərini işğal altında saxladığı bir vaxtda atəşkəs çağırışlarına cavab verə bilməyəcəyini vurğulayıb:

"Müharibənin sona çatması səbr, dəstək və diplomatik təzyiq tələb edir, bunlar müharibənin ədalətli başa çatması üçün üç amildir".

Milli.Az


Etiketlər:  tarixdə sülh planı hazırlanacaq Zelenski


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ