Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2024 00:20
Əlcəzairin hökumət Milli Xalq Ordusunun (MXO) hərbçiləri Taçeta-Zuqağa rayonunda (Əyn-Dəfla vilayəti) əməliyyat zamanı üç terrorçunu məhv ediblər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu barədə Əlcəzair Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Məlumata görə, əməliyyat zamanı MXO hərbçiləri yaraqlıların silah-sursatını - iki Kalaşnikov avtomatı, onlara aid beş daraq və digər döyüş sursatını müsadirə ediblər. Ordu ölkənin bütün ərazisində qalan terrorçuları tam məhv edilənə qədər təqib etmək əzmində olduğunu vurğulayıb.