Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yemək, mədəni desək, fəlakətdir” - Paris 2024-ün bitməyən rəzaləti

“Yemək, mədəni desək, fəlakətdir” - Paris 2024-ün bitməyən rəzaləti

Tarix: 29 Iyul 2024 00:42

Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında iştirak edən idmançıların narazılıqları davam edir. Bu dəfə Almaniya otüstü xokkey komandası verilən qidaların keyfiyyətindən və kəmiyyətindən narazıdır.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi yazır.

"Yemək, mədəni desək, fəlakətdir. İnanılmaz dərəcədə uzun müddət növbə gözləyirsiniz, inanılmaz dərəcədə az sayda yemək məntəqəsi var. Yeməklərin keyfiyyəti isə o qədər də yaxşı deyil", - deyə almaniyalı oyunçu Kristofer Ruhr bildirib.

Xatırladaq ki, daha əvvəl də Paris 2024-də iştirak edən idmançılar Olimpiya kəndində qida çatışmazlığından, nəqliyyat və yataqlardan şikayətləniblər.


Etiketlər:  Yemək mədəni desək fəlakətdir Paris 2024 bitməyən rəzaləti


RƏYLƏR