Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britni Spirs müğənnini məhkəmə ilə hədələdi

Britni Spirs müğənnini məhkəmə ilə hədələdi

Tarix: 29 Iyul 2024 06:30

Müğənni Britni Spirs həmkarı Halsini yeni "Lucky" klipinə görə məhkəməyə verməklə hədələyib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, buna səbəb ifaçının klipdə və mahnıda Britninin şəxsi və yaradıcı həyatından ilhamlanması olub.

Ekran işində ifaçının yaxınları arasında mübahisə anları, sevgilisi ilə problemli münasibəti əks olunub. Bundan əlavə, Halsey özü Britninin "Toxic" videosunda geyindiyi ikonik şəffaf paltarda görünüb. Bəzi səhnələrdə isə başı qırxılmış vəziyyətdə oturub. Bu, Spirsin psixoloji problemlərinə və onun atası Ceymi himayəsində olduğu dövrə aydın bir istinaddır. Baxmayaraq ki, Halsi özü səhhətindəki problemlərə görə bir neçə dəfə saçını qırxdırıb.

Video yayımlandıqdan qısa müddət sonra Britni sosial şəbəkədə öz qəzəbini ifadə edib. O, çox əsəbi olduğunu və Halsinin onu "ürəyi olmayan və heç nəyi vecinə almayan dayaz pop ulduzu" kimi göstərdiyi üçün təhqir edildiyini hiss etdiyini yazıb. O, həmçinin bildirib ki, ona qarşı hörmətsizlik edilib, artıq vəkillərlə mümkün məhkəmə prosesini müzakirə edib.


Etiketlər:  Britni Spirs müğənnini məhkəmə ilə hədələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ