Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada bu dəfə Qətər əmirinin gəlini qarət edildi

Fransada bu dəfə Qətər əmirinin gəlini qarət edildi

Tarix: 29 Iyul 2024 09:32

Nitsadan Parisə Olimpiya Oyunlarına gedən sürətli qatarda Qətər əmiri Təmim bin Həməd Əl Taninin gəlininin içərisində "Hermes" brendinə məxsus 11 çantası olan şəxsi baqajı oğurlanıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Le Parisien" nəşri məlumat yayıb.

Qeyd olunub ki, Qətər əmirinin gəlini öz qulluqçusunun müşayiəti ilə bu şənbə, iyulun 27-də Kann stansiyasında sürətli qatara minib.

"Nitsadan yola düşən qatar Parisin Lion vağzalına getməli idi. Saat 12:00-13:40 aralığında o, "Hermes" brendinə məxsus 11 çantanın oğurlandığını görüb", - deyə bildirib.

Fransa nəşrinin məlumatına görə, hadisə ilə bağlı araşdırma başlayıb. Hazırda çantalar və onları oğurlayanlar tapılmayıblar.

Xatırladaq ki, bundan əvvəl Braziliyanın əfsanəvi futbolçusu Ziko da Fransanın paytaxtı Parisdə qarət edilib.


Etiketlər:  Fransada dəfə Qətər əmirinin gəlini qarət edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ