Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyada tiramisunun yaradıcısı vəfat etdi

İtaliyada tiramisunun yaradıcısı vəfat etdi

Tarix: 29 Iyul 2024 10:06

İtaliyada misilsiz tiramisunun müəllifi olan Roberto Linquanotto 82 yaşında vəfat edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə İtaliyanın "Corriere della Sera" nəşri məlumat yayıb.

Konditer dünyanın ən sevimli desertlərindən birinin müasir versiyasının "atası"dır. Linquanotto bu resepti 60-cı illərdə hazırlayıb. Aşpaz etiraf edib ki, desert vanilli dondurmanın hazırlanması zamanı edilən səhv əsasında yaranıb. Belə ki, Linquanotto içində yumurta və şəkər olan qaba bir az "maskarpone" pendiri əlavə edib.

Qəhvə ilə isladılmış biskvit və "mascarpone" ilə hazırlanmış şirniyyat ilk dəfə 1972-ci ildə Trevizoda Roberto Linquanottonun işlədiyi "Le Beccherie" restoranının menyusuna əlavə edilib. Müəllif resepti patentləşdirmədiyi üçün desert italyan mətbəxinin əsas şirniyyatına çevrilib və bütün dünya aşpazları tərəfindən adaptasiya edilib.


Etiketlər:  İtaliyada tiramisunun yaradıcısı vəfat etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ