Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hepatit B virusuna görə “Kəpəz”dən qovulan futbolçu Azərbaycana qayıtdı

Hepatit B virusuna görə “Kəpəz”dən qovulan futbolçu Azərbaycana qayıtdı

Tarix: 29 Iyul 2024 11:56

Hepatit B virusu aşkarlandığına görə cari ilin yanvar ayında "Kəpəz"dən göndərilən nigeriyalı hücumçu Abdullahi Şuaybu yenidən Azərbaycana qayıdıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, Birinci liqada mübarizə aparacaq "Qəbələ" ilə danışıqlar üçün ölkəmizə gəlib. 

Hazırda bölgə klubunun düşərgəsində olan futbolçu üçün analizlər verilib. Forvardla bağlı qərar tibbi müayinələrdən keçdikdən sonra veriləcək.

Qeyd edək ki, Abdullahi Şuaybu "Kəpəz"dən göndərildikdən sonra heç bir klubda çıxış etməyib. 


Etiketlər:  Hepatit virusuna görə Kəpəzdən qovulan futbolçu Azərbaycana qayıtdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ