Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2024 14:27
Gecə yuxusu vaxtının bir qədər azalması insulin müqavimətinə və şəkərli diabetin inkişafına, həmçinin çəki artımına səbəb ola bilər.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu fikri Rusiya Milli Tədqiqat Tibb Universitetinin professoru, tibb elmləri doktoru Vera Larina deyib.
O qeyd edib ki, böyüklər üçün gündə yeddi-doqquz saat yuxu kifayətdir və gecə saat 22:00-23:00-da yatmaq məsləhətdir, çünki məhz bu dövrdə orqanizm yuxu hormonu - melatonin istehsal edir. Onun maksimum dozası yığıldıqda, yuxuya getmək daha asandır.
"Melatonin insan orqanizminin bioritmlərini sinxronlaşdırır və ömrü uzadır", - deyə həkim izah edib.
Rusiyanın səhiyyə naziri Mixail Muraşko isə bildirib ki, gündə 6 saatdan az yatan insanların erkən ölüm riski 30% çoxdur. Həmçinin, yuxu azlığı idrak funksiyasını və məhsuldarlığı 40% azalda bilər.