Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilma Elles və əri qəzaya düşdü - FOTO

Vilma Elles və əri qəzaya düşdü - FOTO

Tarix: 29 Iyul 2024 15:14

Aktrisa Vilma Elles və həyat yoldaşı Mehmet Şah Çelik motosiklet qəzası keçirib. Aktrisa qolundan və ayağından yaralanıb.

Sonxeber.net baku.ws-ə istinadən bildirir ki, illər əvvəl yayımlanan "Öyle Bir Geçer Zamanki" serialında Karolin obrazı ilə tanınan Vilma Elles həyat yoldaşı Mehmet Şah Çeliklə motosiklet qəzası keçirib.

2022-ci ildə ailə quran cütlük motosiklet sürərkən qəfil yerə yıxılıblar. Ayağından və qolundan xəsarət alan aktrisa xəstəxana qarşısında həyat yoldaşı ilə şəkil paylaşıb.

Qeyd edək ki, 2015-ci ildə Kerem Göğüşlə evliliyindən Milat və Melodi adlı əkiz övladlarını dünyaya gətirən Vilma Elles 2022-ci ildə ailə qurduğu Mehmet Şah Çelikdən üçüncü övladını dünyaya gətirib.


Etiketlər:  Vilma Elles əri qəzaya düşdü FOTO


RƏYLƏR