Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Putin Belarusla bağlı bu sənədi təsdiqlədi

Putin Belarusla bağlı bu sənədi təsdiqlədi

Tarix: 29 Iyul 2024 20:44

Rusiya Prezidenti Vladimir Putin İttifaq müqaviləsi çərçivəsində Belarusla vahid enerji bazarının formalaşması barədə sənədin təsdiqinə dair fərman imzalayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, sənədin icrasına nəzarət Rusiyanın Energetika Nazirliyinə tapşırılıb.

Bir qədər əvvəl nazirlik vahid enerji bazarının formalaşdırılması layihəsi üzrə ilkin mərhələnin başlanmasına tam hazır olduqlarını açıqlayıb. Bildirilib ki, enerji sisteminin inteqrasiyası, Vahid Dispetçer İdarəetmə Mərkəzinin yaradılması və bu proseslərin sinxronlaşdırılması üzrə işlər isə tədricən həyata keçiriləcək.

Qeyd edək ki, Belarus sözü gedən sənədi 2023-cü ilin noyabrında təsdiqləyib. Bildirilib ki, müqavilənin mətni tam razılaşdırılıb və hər iki ölkənin dövlət başçıları onu imzaladıqdan sonra qüvvəyə minəcək.

Milli.Az


Etiketlər:  Putin Belarusla bağlı sənədi təsdiqlədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ