Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2024 06:14
"Google"un çətir şirkəti "Alphabet" 2024-cü ilin ikinci rübündə həm gəlirini, həm də mənfəətini artırmağı bacarıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, "Google"un ana şirkəti olan "Alphabet" 2024-cü ilin ikinci rübü üzrə maliyyə nəticələrini paylaşıb.
Şirkət bu müddət ərzində çox uğurla çıxış dərək gözləntilərdən yüksək gəlir əldə edib.
Açıqlamaya görə, şirkətin ikinci rübdə ümumi gəliri 85 milyard dollar olub. Birinci rübdə isə bu rəqəm 80 milyard dollar olmuşdu.
Qeyd edək ki, şirkət ötən ilin eyni dövrü ilə müqayisədə gəlirlərini 14 faiz artıra bilib.
"Google"un əməliyyat mənfəətinə baxdığımız zaman onun 23,6 milyard dollar qazandığını görürük. Bu, da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28,96 faiz artım deməkdir.
Şirkətin bu qədər yüksək gəlir əldə etməsinin səbəbləri arasında süni intellekt, bulud xidmətləri, reklamlar və axtarışlar var.
"Google"un ən böyük gəlir mənbəyi reklamlardır. Şirkətin bütün reklam satışlarından əldə edilən gəlir hər il 11 faiz artaraq 64 milyard dollara çatıb.
Digər tərəfdən, "Google"un bulud xidmətləri ilk dəfə olaraq 10 milyard dollar gəlir və 1 milyard dollar xalis mənfəət əldə gətirib.