Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2024 08:48
ABŞ-ın Nyu York ştatının Roçester şəhərində kütləvi atışma baş verib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 qadın ölüb, 5 nəfər yaralanıb. İnsident yüzlərlə insanın tədbir üçün toplaşdığı Meyplvud Parkında baş verib. Atəşin neçə nəfər tərəfindən açıldığı aydınlaşdırılır.
Hadisəyə görə hələlik heç kəs cinayət məsuliyyətinə cəlb olunmayıb.